Bolqarıstanda naməlum şəxs iki qadını girov götürüb, həmçinin bir nəfəri yaralayıb.
Bu barədə “Report” yerli BTV telekanalına istinadən xəbər verir.
Silahlı cinayətkar onları Sandanski şəhəri yaxınlığındakı evin zirzəmisində girov saxlayır. Yerli administrasiya rəhbərinin ilkin məlumatlarına görə, buna səbəb məişət münaqişəsi olub, hadisə zamanı bir nəfər güllə yarası alıb.
Hücum edən şəxs evdə barrikada qurub. Hazırda hadisə yeri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə alınıb, yaralı xəstəxanaya aparılıb.