Bolqarıstanda koronavirus səbəbindən xəstəxanalarda digər qəbul və əməliyyatlar dayandırılıb

Bolqarıstanda koronavirus səbəbindən xəstəxanalarda digər qəbul və əməliyyatlar dayandırılıb Bolqarıstan hökuməti koronavirusa yoluxma sayının artması ilə əlaqədar tibb müəssisələrində digər qəbul və əməliyyatları dayandırmaq barədə qərar verib.
Digər ölkələr
30 Oktyabr , 2021 05:48
Bolqarıstanda koronavirus səbəbindən xəstəxanalarda digər qəbul və əməliyyatlar dayandırılıb

Bolqarıstan hökuməti koronavirusa yoluxma sayının artması ilə əlaqədar tibb müəssisələrində digər qəbul və əməliyyatları dayandırmaq barədə qərar verib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib ki, xəstəxanada koronavirusla mübarizə aparmaq üçün ixtisaslı tibb işçiləri yoxdur.

"Mövcud vəziyyət bizdən ciddi xərclər tələb edir. Biz tükənmişik və imkanlarımızın son həddindəyik", - məlumatda qeyd edilir.

Mütəxəssislər ölkədə vəziyyətin pisləşməsinin səbəblərindən biri kimi bolqarların koronavirus peyvəndinə inamsızlığını göstərirlər. Statistikaya görə, Bolqarıstanda ölkənin yetkin əhalisinin yalnız dörddə biri peyvənd olunur. Bu göstərici isə Avropada ən aşağı göstəricilərdən biridir.

Bolqarıstanda koronavirus pandemiyasının başlanmasından indiyədək 593 min yoluxma qeydə alınıb. 23,7 mindən çox xəstə dünyasını dəyişib, 476 minə yaxını tam sağalıb.

Son xəbərlər

Orphus sistemi