Bolqarıstanda koronavirusa ilk yoluxma hadisəsi aşkarlandı.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə martın 8-də Bolqarıstan teleqraf agentliyi məlumat yayıb.
Agentlik bildirir ki, yoluxma hadisələri haqqında məlumatı Bolqarıstan hökumət yanında koronavirusun yayılmasına qarşı Milli operativ qərargahın rəisi Ventsislav Matafçiyski verib.
Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 100 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.