Bolqarıstanda bu il üçüncü dəfə seçkilər keçiriləcək

Bolqarıstanda bu il üçüncü dəfə seçkilər keçiriləcək Bolqarıstan Sosialist Partiyasının iyulun 11-də keçirilən erkən ümumi seçkilərdən sonra qurulan 46-cı Məclisdə hökumət qurmaq cəhdləri uğursuz olub.
Digər ölkələr
7 Sentyabr , 2021 21:34
Bolqarıstanda bu il üçüncü dəfə seçkilər keçiriləcək

Bolqarıstanda Sosialist Partiyasının iyulun 11-də keçirilən növbədənkənar parlament seçkilərindən sonra yeni hökumət qurmaq cəhdləri uğursuz olub.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Partiya lideri Kornelya Ninova parlamentdəki digər siyasi partiyalardan dəstək ala bilmədiyini deyib.

Qeyd edək ki, ölkə başçısı növbədənkənar seçkilərdən əvvəl kabinet qurmaq işini Bolqarıstan Sosialist Partiyasına tapşırıb.

Bolqarıstan konstitusiyasına görə, prezident Rumen Radevin parlamenti buraxması və yeni seçki tarixini elan etməsi tələb olunur.

Ölkədə növbədənkənar parlament seçkiləri iyulun 11-də keçirilib.

Son xəbərlər

Orphus sistemi