Bolqarıstanda 71 yaşlı şəxs tapança ilə prezidentin iqamətgahına soxulub

Bolqarıstanda 71 yaşlı şəxs tapança ilə prezidentin iqamətgahına soxulub Bakı. 4 dekabr. REPORT.AZ/ Bolqarıstanda iki dolu patronu olan tapança ilə silahlanmış 71 yaşlı təqaüdçü ölkə prezidenti Rumen Radevin iqamətgahına daxil olub.
Digər ölkələr
4 Dekabr , 2018 04:46
Bolqarıstanda 71 yaşlı şəxs tapança ilə prezidentin iqamətgahına soxulub

Bakı. 4 dekabr. REPORT.AZ/ Bolqarıstanda iki dolu patronu olan tapança ilə silahlanmış 71 yaşlı təqaüdçü ölkə prezidenti Rumen Radevin iqamətgahına daxil olub. 

Bu barədə "Report" BTA agentliyin istinadən məlumat verir.

Bildirilir ki, silahlı şəxs Prezident Administrasiyasının əməkdaşlarını hədələyib.

Jandarmeriya əməkdaşları onu yaxalayıb. Hazırda 71 yaşlı şəxsin bu hərəkətinin səbəbi araşdırılır.

Prezident Rumen Radev hadisə hadisə zamanı iqamətgahda – iş yerində olmayıb. Onun həmin vaxt Polşada BMT-nin iqlim dəyişikliyi məsələləri üzrə keçirdiyi ümumdünya konfransında iştirak etdiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi