​Bolqarıstanda 11 mərtəbəli otel uçub, 4 nəfər ölüb

​Bolqarıstanda 11 mərtəbəli otel uçub, 4 nəfər ölüb Faciə kurort şəhəri Varnada baş verib
Digər ölkələr
11 Aprel , 2015 23:35
​Bolqarıstanda 11 mərtəbəli otel uçub, 4 nəfər ölüb

Bakı. 11 aprel. REPORT.AZ/ Ötən cümə axşamı Bolqarıstanın kurort şəhəri Varnada yerləşən 11 mərtəbəli “Veronika” oteli uçub.

“Report” “Korrespondent”ə istinadən xəbər verir ki, binanın uçmasına təmir işləri aparılan zaman texniki təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

Varna polisinin məlumatına görə, uçmuş binanın dağıntıları altından dörd nəfərin meyiti aşkar edilib.

Axtarış-xilasetmə işləri artıq başa çatdırılıb. Təmir işlərinin rəhbəri tutulub, hadisənin araşdırılması davam etdirilir.

Son xəbərlər

Orphus sistemi