Bolqarıstana məxsus helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Bolqarıstana məxsus helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb "AS 565MB Panther" helikopteri manevr etdikdən sonra qəzaya uğrayıb
Digər ölkələr
9 İyun , 2017 19:41
Bolqarıstana məxsus helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Bakı. 9 iyun. REPORT.AZ/ Qara dənizdə Bolqarıstan sahillərində keçirilən taktiki təlimlər zamanı ölkənin Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin komandiri həlak olub, 2 nəfər xəsarət alıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə "Reuters" agentliyi Bolqarıstan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"AS 565MB Panther" helikopteri manevr etdikdən sonra qəzaya uğrayıb.

Bolqarıstan Müdafiə Nazirliyinin yaydığı xəbər görə, qəzanın səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi