Yuxarı
    Bağlamaq

    Bolqarıstanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi keçirilib

    Hazırkı prezident Rosen Plevneliyevin səlahiyyət müddəti yanvarın 22-də bitir

    Sofiya. 19 yanvar. REPORT.AZ/ Bolqarıstanın yeni seçilmiş prezident və vitse-prezidentinin inauqurasiya mərasimi keçirilib. 

    “Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, ölkə parlamenti – Xalq Yığıncağında keçirilən andiçmə mərasimində ilk olaraq Bolqarıstan və Avropanın himnləri səslənib. Sonra Xalq Yığıncağının sədri Tsetska Tsaçeva Bolqarıstan Mərkəzi Seçki Komissiyasının qərarını elan edib. Daha sonra ölkə prezidenti Rumen Radev və vitse-prezident İliyana Yotova and içiblər. Mərasimdə prezident Rosen Plevneliyev, vitse-prezident Marqarita Popova, istefada olan baş nazir Boyko Borisov, deputatlar, Mərkəzi Seçki Komissiyası və hökumət üzvləri, Konstitusiya Məhkəməsinin hakimləri, din xadimləri, Sofiyada akkreditə olunan xarici ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.

    Xatırladaq ki, ötən il noyabrın 13-də keçirilən prezident seçkisinin ikinci turunda səslərin 58,5%-ni toplayan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev Bolqarıstanın 5-ci prezidenti seçilib.

    Qeyd edək ki, hazırkı prezident Rosen Plevneliyevin səlahiyyət müddəti yanvarın 22-də bitir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi