Bolqarıstan Ukraynada hərbi texnikanın təmirinə kömək edəcək

Bolqarıstan Ukraynada hərbi texnikanın təmirinə kömək edəcək Bolqarıstan Ukraynaya hərbi texnikanın təmirində və Varna limanı vasitəsilə kənd təsərrüfatı məhsullarının daşınmasında yardım etməyə hazırdır.
Digər ölkələr
28 Aprel , 2022 18:40
Bolqarıstan Ukraynada hərbi texnikanın təmirinə kömək edəcək

Bolqarıstan Ukraynaya hərbi texnikanın təmirində və Varna limanı vasitəsilə kənd təsərrüfatı məhsullarının daşınmasında yardım etməyə hazırdır.

"Report" "Nova News" telekanalına istinadən xəbər verir, bu barədə Kiyevdə Bolqarıstanın Baş naziri Kiril Petkov Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

"Ukraynanın hərbi texnikasını Bolqarıstan şirkətləri təmir edə bilər. Ukrayna öz növbəsində Bolqarıstana elektrik enerjisi çatdırmağa və qazın diversifikasiyasına kömək etməyə hazırdır", - Zelenski deyib.

"Bolqarıstan sizin iqtisadiyyatınıza kömək edəcək elektrik enerjisi almağa hazırdır. Varna sizin üçün logistika mərkəzinə çevrilsə, şad olarıq. Ukrayna limanlarında təxminən 10 milyon ton taxıl var”, - Petkov qeyd edib.

Son xəbərlər

Orphus sistemi