Bolqarıstan sərhədlərinə ordu birlikləri cəmləşdirəcək

Bolqarıstan sərhədlərinə ordu birlikləri cəmləşdirəcək Bununla belə, Bolqarıstan sərhədlərinin bütövlüklə bağlanması məsələsi gündəlikdə yoxdur
Digər ölkələr
16 Sentyabr , 2015 23:01
Bolqarıstan sərhədlərinə ordu birlikləri cəmləşdirəcək

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bolqarıstan rəsmiləri ölkə sərhədlərini kütləvi şəkildə keçən mühacirlərin qarşısını almaq üçün hərbi birləşmələrdən istifadə edəcək.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Bolqarıstanın Daxili Işlər Naziri Rumanya Bıçvarova bildirib ki, hazırda hökümət qanunsuz miqrantların qarşısını alacaq tədbirlər planı hazırlayır. Bu məqsədlə sərhədlərə ordu birlikləri də cəmləşdiriləcək.

Bununla belə, Bolqarıstan sərhədlərinin bütövlüklə bağlanması məsələsi gündəlikdə yoxdur.

Son xəbərlər

Orphus sistemi