Bolqarıstan Prezidenti maliyyə nazirinə yeni hökuməti formalaşdırmağı tapşırıb

Bolqarıstan Prezidenti maliyyə nazirinə yeni hökuməti formalaşdırmağı tapşırıb Bolqarıstan Prezidenti Rumen Radev parlamentin baş nazir Kiril Petkova etimadsızlıq səsverməsindən sonra maliyyə naziri Asen Vasilevə yeni hökuməti qurmaq mandatı verib.
Digər ölkələr
2 İyul , 2022 05:24
Bolqarıstan Prezidenti maliyyə nazirinə yeni hökuməti formalaşdırmağı tapşırıb

Bolqarıstan Prezidenti Rumen Radev parlamentin baş nazir Kiril Petkova etimadsızlıq səsverməsindən sonra maliyyə naziri Asen Vasilevə yeni hökuməti qurmaq mandatı verib.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Vasilevin ölkə üçün yeni hökuməti formalaşdırmağa çalışması üçün bir həftə vaxtı var. O, namizədlər siyahısını prezidentin təsdiqinə təqdim etməli, sonra parlament bu namizədlərə səs verməlidir.

Radev mandatı təhvil verməzdən əvvəl Vasilevə Bolqarıstanın siyasi, iqtisadi və sosial böhran yaşadığını bildirib.

Son xəbərlər

Orphus sistemi