Bolqarıstan parlamenti pərəncə geyiminə qadağa qoyub

Bolqarıstan parlamenti pərəncə geyiminə qadağa qoyub Ölkədəki etnik türk azlıqlarını təmsil edən deputatlar səsvermədə iştirakdan imtina edib
Digər ölkələr
30 Sentyabr , 2016 17:47
Bolqarıstan parlamenti pərəncə geyiminə qadağa qoyub

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bolqarıstan parlamentinin deputatları ictimai yerlərdə üzü qismən və ya tamamilə gizlədən və ya bağlayan geyimlərdən istifadə etməyi qadağan edən qanun qəbul edib.

"Report" Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, qadağan olunmuş geyimlər sırasına niqab, pərəncə, eləcə də üzü örtən və gizlədən istənilən növ örtük və ya yarımşəffaf çadra daxildir.

Bu baxımdan qanunu pozanlar ilk halda 200 lev (100 avro), hər sonrakı qanun pozuntusuna görə isə 1,5 lev (750 avro) cərimələnəcək.

Xatırladaq ki, ölkədəki etnik türk azlıqlarını təmsil edən deputatlar səsvermədə iştirakdan imtina ediblər.

Son xəbərlər

Orphus sistemi