Bolqarıstan parlamenti hökumətə etimadsızlıq ilə bağlı təklifə iyulun 20-də baxacaq

Bolqarıstan parlamenti hökumətə etimadsızlıq ilə bağlı təklifə iyulun 20-də baxacaq Deputatların yarıdan çoxu, yəni azı 121 deputat dəstəklədiyi təqdirdə qərar qəbul edilmiş sayılır
Digər ölkələr
16 İyul , 2020 12:51
Bolqarıstan parlamenti hökumətə etimadsızlıq ilə bağlı təklifə iyulun 20-də baxacaq

Müxalifətdə olan Bolqarıstan Sosialist Partiyasının (BSP) iyulun 15-də Xalq Məclisinə (ölkə parlamenti) təqdim olunan hakimiyyət orqanlarındakı korrupsiya ilə əlaqədar hökumətə etimadsızlıq votumu ilə bağlı təklifinə parlamentin iyulun 20-də keçiriləcək növbədənkənar iclasında baxılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qərar iyulun 16-da Xalq Məclisinin iclasında qəbul olunub.

Qüvvədə olan qanunlara əsasən, hökumətə etimadsızlıq votumu ilə bağlı təklifinin müzakirəsi sənədin Xalq Məclisinin dəftərxanasına təqdim edildiyi gündən üç-yeddi gün müddətində parlament üzvləri tərəfindən nəzərdən keçirilməlidir. Bundan sonra 24 saatdan gec olmayaraq səsvermə keçiriləcək.

Deputatların yarıdan çoxu, yəni azı 121 deputat dəstəklədiyi təqdirdə qərar qəbul ediləcək.

Xatırladaq ki, daha əvvəl Bolqarıstan Prezidenti Rumen Radev hökuməti və baş prokuroru istefaya çağırmışdı. O, bunu hökumətdə yenilənməyə və müasirləşməyə ehtiyac olması ilə izah etmişdi.
 

Son xəbərlər

Orphus sistemi