Bolqarıstan parlamenti buraxılıb

Bolqarıstan parlamenti buraxılıb Xalq Məclisinin səlahiyyət müddəti yanvarın 27-də başa çatır
Digər ölkələr
26 Yanvar , 2017 14:49
Bolqarıstan parlamenti buraxılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bolqarıstan parlamentinin (Xalq Məclisi) 43-cü çağırışının səlahiyyət müddəti yanvarın 27-də başa çatır.

“Report” TASS-a istinadən xəbər verir ki, ölkə prezidenti Rumen Radayevin müvafiq fərmanı ilə parlament buraxılıb.

Həmin fərmanla Xalq Məclisinə növbəti seçkilər bu il martın 26-na təyin edilib.

Qeyd edək ki, ölkənin yeni prezidenti Rumen Radayev yanvarın 22-də səlahiyyətlərinin icrasına başlayıb.

Son xəbərlər

Orphus sistemi