Bolqarıstan parlamenti baş naziri istefaya göndərib

Bolqarıstan parlamenti baş naziri istefaya göndərib 240 deputatdan 156-sı B.Borisovun istefasının lehinə səs verib
Digər ölkələr
16 Aprel , 2021 16:35
Bolqarıstan parlamenti baş naziri istefaya göndərib
Boyko Borisov

Bolqarıstan parlamenti baş nazir Boyko Borisovu istefaya göndərib.

“Report” “Yevropeyskaya pravda”ya istinadən xəbər verir ki, qərar səs çoxluğu ilə qəbul olunub.

Belə ki, 240 deputatdan 156-sı B.Borisovun istefasının lehinə səs verib.

Baş nazir iclasda iştirak etməyib. Məlumata görə, o, parlamentə keçirilən sonuncu seçkilərdə hökumət başçısı postuna namizədliyini irəli sürməyəcəyini bildirib.

Qeyd edək ki, aprelin 4-də Bolqarıstan parlamentinə seçkilər keçirilib. Onun başçılıq etdiyi Vətəndaşlar Bolqarıstanın Avropa Uğurunda İnkişafı Partiyası (QERB –“Qrajdane za evropeyskoye razvitie Bolqarii”) səslərin 26 faizini toplayaraq qalib gəlib. Lakin bu, təkbaşına hökumət qurmağa imkan vermir. Ona görə də QERB-in koalisiya hökuməti qurması üçün özünə müttəfiq tapmasına ehtiyac var.

Xatırladaq ki, B.Borisov 2009-cu ildən Bolqarıstanın baş naziridir.

Son xəbərlər

Orphus sistemi