​Bolqarıstan hərbçiləri Yunanıstandan bu ölkəyə qanunsuz keçmək istəyən 60 miqrantı saxlayıb

​Bolqarıstan hərbçiləri Yunanıstandan bu ölkəyə qanunsuz keçmək istəyən 60 miqrantı saxlayıb Hər birində 30 nəfərin olduğu miqrant qrupları Petriç şəhərinin sərhəd polisinin nəzarəti altındadır
Digər ölkələr
28 May , 2016 19:03
​Bolqarıstan hərbçiləri Yunanıstandan bu ölkəyə qanunsuz keçmək istəyən 60 miqrantı saxlayıb

Bakı. 28 may. REPORT.AZ/ Bolqarıstanın quru qoşunlarının bölmələri Yunanıstanla sərhəddə iki qeyri-leqal miqrant qrupunu saxlayıb. “Report”un məlumatına görə, bu haqda Bolqarıstanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, miqrantların ölkə ərazisinə qanunsuz keçid cəhdindən sonra Yunanıstanla sərhədin mühafizəsi gücləndirilib.

Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyi ilə qabaqcadan hazırlanmış planına uyğun olaraq, quru qoşunların hərbi qulluqçuları sərhədin təhlükəsizliyin təmin olunması və sərhəd polisinə yardım etməsi üçün hadisə yerinə göndəriliblər.

Hər birində 30 nəfərin olduğu miqrant qrupları Petriç şəhərinin sərhəd polisinin nəzarəti altındadır.

Daxili İşlər Nazirliyindən isə bildiriblər ki, hazırda Bolqarıstan və Yunanıstanın xüsusi xidmət orqanlarının nümayəndələri Bolqarıstanın ərazisinə qanunsuz daxil olmuş miqrantların geri qaytarılması ilə bağlı danışıqlar aparırlar.

Son xəbərlər

Orphus sistemi