Bakı. 14 noyabr. REPORT.AZ/ Bolqarıstanın baş naziri Boyko Borisov hökumətin istefaya getməsi ilə bağlı ərizə yazıb.
"Report" TASS-a istinadən xəbər verir ki, o, bu addımı təmsil etdiyi "Bolqarıstanın Avropa inkişafı uğrunda vətəndaşlar" (QERB) Partiyasının namizədi Tsetska Tsaçevanın ölkədə keçirilən prezident seçkilərində məğlub olmasına görə atıb.
Belə ki, B.Borisov daha əvvəl QERB partiyasının namizədinin məğlub olacağı təqdirdə vəzifəsindən gedəcəyinə söz verib.