Bolqarıstan hökuməti quru qoşunlarını modernləşdirmək və onları NATO standartlarına uyğunlaşdırmaq məqsədilə ABŞ-nin 183 “Stryker” döyüş maşınının alınmasını təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Bolqarıstan hökuməti açıqlayıb ki, layihənin məqsədi NATO müttəfiqləri ilə qarşılıqlı fəaliyyətə nail olmaq, eləcə də ölkələri müstəqil, birgə əməliyyatlarda və kollektiv müdafiə sistemində müdafiə etmək, habelə ölkədən xaricində müttəfiqlərin əməliyyatlarında iştirak etmək imkanları və dəstəyi əldə etməkdir.
“Stryker” zirehli maşınlarının alınması ilə bağlı qərar ABŞ Dövlət Departamentinin Bolqarıstana 1,5 milyard dollar dəyərində 183 avtomobil və müvafiq avadanlığın satışını təsdiqlədikdən sonra verilib.