Boliviyanın sabiq prezidentinin həbsi müddəti uzadılıb

Boliviyanın sabiq prezidentinin həbsi müddəti uzadılıb Boliviyada məhkəmə hakimi Armando Sebalyos terrorizmdə, qiyama təhrik etməkdə və soyqırımda ittiham olunan keçmiş prezident Janin Anyes barədə həbs qətimkan tədbirinin müddətini uzadıb.
Digər ölkələr
3 Oktyabr , 2021 09:52
Boliviyanın sabiq prezidentinin həbsi müddəti uzadılıb
Janin Anyes

Boliviyada hakim Armando Sebalyos terrorizmdə, qiyama təhrik etməkdə və soyqırımda ittiham olunan keçmiş prezident Janin Anyesin həbs qətimkan tədbirinin müddətini uzadıb.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə sabiq prezidentin qızı Karilona Ribera Anyes bildirib.

"Anam Janin Anyesin həbs qətimkan tədbirinin müddəti daha beş ay müddətinə uzadılıb. Hakim Armando Sebalos müdafiə normalarını nəzərə almadan, hər hansı hüquqi meyarların göstərmədən sübutsuz hökm çıxarır. Və anamın həbs qətimkan tədbirini qanunsuz olaraq uzatmaqla prokurorun hansı tədbirləri görməli olduğunu dəqiqləşdirmədən", - Ribera Anyes feysbukdakı səhifəsində bildirib.

Son xəbərlər

Orphus sistemi