Boliviyanın Oruro şəhərində yenidən partlayış baş verib, yaralılar var

Boliviyanın Oruro şəhərində yenidən partlayış baş verib, yaralılar var Hadisə nəticəsində 10-a yaxın insan yaralanıb
Digər ölkələr
14 Fevral , 2018 07:57
Boliviyanın Oruro şəhərində yenidən partlayış baş verib, yaralılar var

Bakı. 14 fevral. REPORT.AZ/ Boliviyanın Oruro şəhərində yenidən partlayış baş verib. Hadisə nəticəsində 10-a yaxın insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində ölkə prezidenti Evo Morales yazıb.

Morales faktla bağlı araşdırma aparılması üçün göstəriş verdiyini bildirib:

"Mən çox kədərli və narahatam, çünki daha bir faciə və günahsız insanların ölümü bizləri kədərləndirir ... Biz yaralılara və hadisə qurbanlarının ailələrinə başsağlığı veririk. Mən baş verən hadisələrin səbəblərini müəyyənləşdirmək üçün sürətli və geniş istintaqın aparılması barədə göstəriş vermişəm".

Son xəbərlər

Orphus sistemi