Boliviyanın keçmiş prezidenti 15 il müddətinə həbs oluna bilər

Boliviyanın keçmiş prezidenti 15 il müddətinə həbs oluna bilər Boliviya Baş Prokurorluğu dövlət çevrilişi ilə bağlı işdə keçmiş müvəqqəti prezident Janin Anyes üçün 15 il həbs tələb edir.
Digər ölkələr
7 İyun , 2022 08:54
Boliviyanın keçmiş prezidenti 15 il müddətinə həbs oluna bilər

Boliviya Baş Prokurorluğu dövlət çevrilişi ilə bağlı işdə keçmiş müvəqqəti prezident Janin Anyes üçün 15 illik həbs tələb edir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu baş prokuror Xuan Lançipa ​​məhkəmə iclaslarının yekun mərhələsi başlamazdan əvvəl deyib.

"Baş Prokurorluq xanım Janin Anyes üçün məhkəmədən 15 illik həbs cəzası istəyəcək", - "Paxina Syete" qəzeti onun sözlərindən sitat gətirir.

Anyes keçən il martın 13-dən həbsdədir. Dövlət çevrilişi ilə bağlı cinayət işinin bir hissəsi olaraq o, terror, fitnə və sui-qəsddə ittiham olunub. Anyes özünü siyasi təqib qurbanı hesab edir.

Son xəbərlər

Orphus sistemi