Boliviyada sürüşmə baş verib, ölənlər var - VİDEO

Boliviyada sürüşmə baş verib, ölənlər var - VİDEO Bakı. 4 fevral. REPORT.AZ/ Boliviyanın şərqində ötən istirahət günləri iki yerdə torpaq sürüşməsi baş verib.
Digər ölkələr
4 Fevral , 2019 13:25
Boliviyada sürüşmə baş verib, ölənlər var - VİDEO

Bakı. 4 fevral. REPORT.AZ/ Boliviyanın şərqində ötən istirahət günləri iki yerdə torpaq sürüşməsi baş verib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, yerli KİV-in məlumatına görə, fevralın 2-də Karanavi şəhərini Yolosita qəsəbəsini birləşdirən yol üzərində, dağlıq ərazidə daha bir sürüşmə baş verib. Həmin ərazidə fevralın 1-də də eyni hal qeydə alınıb. 

İctimai işlər naziri Oskar Koka birinci sürüşmənin nəticələrini aradan qaldırmaq üçün işlər görüldüyü vaxt eyni hadisənin baş verdiyini deyib.

Təbii fəlakət nəticədə 16 nəfərin öldüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi