Yuxarı

​Boliviyada baş vermiş qarşıdurmalarda 318 nəfər xəsarət alıb - YENİLƏNİB

Xəsarət alanlardan 100-ü polis əməkdaşlarıdır

Bakı. 13 avqust. REPORT.AZ/ Boliviyada baş vermiş toqquşmalarda yaralananların sayı 318 nəfərə çatıb. 

"Report"un məlumatına görə, bu barədə "BoliviaYa" portalı xəbər yayıb. 

Boliviyanın daxili işlər naziri Karlos Romero bildirib ki, xəsarət alanlardan 100-ü polis əməkdaşlarıdır. O, jurnalistlərə açıqlamasında onlarla şaxtaçının həbs edildiyini də əlavə edib. 

Qeyd edək ki, şaxtaçıların etiraz aksiyası bir neçə gündür davam edir. Onlar kooperativlər haqqında qanuna dəyişikliyə etiraz əlaməti olaraq La-Pas və Oruro şəhərləri arasındakı yolu bağlayıblar.

***03:41

Boliviyada polislə şaxtaçılar arasında toqquşma baş verib.

"Report"un məlumatına görə, bu barədə "Agencia de Noticias Fides" agentliyi xəbər yayıb.

Məlumata görə, toqquşma zamanı 100-dən çox polis xəsarət alıb. 

Son iki gündə 90 yaralı polis xəstəxanalara aparılıb. Daha 20 polis isə ambulator müalicə edilib. 

Şaxtaçılar kooperativlər haqqında qanuna dəyişikliyə etiraz əlaməti olaraq La-Pas və Oruro şəhərləri arasındakı yolu bağlayıblar.

Məhz kooperativlər Cənubi Amerika ölkələrində kömür şaxtalarının əsas gəlirli işlərindəndir.

"Telesur" kanalının məlumatına görə, narazı şaxtaçılar cümə günü La-Pas departamentində yolu müvəqqəti açmaq qərarı veriblər.

Boliviyada şaxtaçıların polislə qarşıdurması çərşənbə günündən davam edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi