Boliviyada qarşıdurmalar başlayıb, ölənlər və xəsarət alanlar var

Boliviyada qarşıdurmalar başlayıb, ölənlər və xəsarət alanlar var Boliviyanın mərkəzi hissəsindəki Koçabamba şəhərində baş verən qarşıdurmalar zamanı azı 12 nəfər xəsarət alıb.
Digər ölkələr
13 Noyabr , 2019 01:47
Boliviyada qarşıdurmalar başlayıb, ölənlər və xəsarət alanlar var

Boliviyanın mərkəzi hissəsindəki Koçabamba şəhərində baş verən qarşıdurmalar zamanı azı 12 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Sahəsində Fövqəladə Vəziyyətlər üzrə Regional Departamentin başçısı Valeriyu Kamaçoya istinadən ABI agentliyi xəbər verib.

"Zərərçəkmişlərə gəlincə, 12 nəfər qeydə alınıb, hansılara ki, tibbi yardım göstərilib", - deyə Kamaço qeyd edib.

Yerli mətbuatın xəbərlərində bildirilir ki, qarşıdurmalar zamanı daha 2 nəfər öldürülüb.

Boliviyanın bütün rəhbərliyinin istefaya getməsindən sonra ölkənin böyük şəhərlərində qarışıqlıqlar yaranıb. La-Pas, Koçabamba və Santa Kraus kimi iri şəhərlərdə məmurların evlərinə hücumlar edilir, mənzillər yandırılır.

Zərərçəkənlərdən doqquzu kişi, üçü qadındır. Xəstəxanalara çatdırılanlar arasında üç nəfər güllə yarası alıb.

Son xəbərlər

Orphus sistemi