Boliviyada nazir koronavirusa yoluxdu

Boliviyada nazir koronavirusa yoluxdu Boliviyanın İqtisadiyyat və Dövlət Maliyyə naziri Oskar Ortizin koronavirusla bağlı verdiyi analizin cavabı müsbət olub.
Digər ölkələr
13 İyul , 2020 04:27
Boliviyada nazir koronavirusa yoluxdu

Boliviyanın İqtisadiyyat və Dövlət Maliyyə naziri Oskar Ortizin koronavirusla bağlı verdiyi analizin cavabı müsbət olub.

“Report” xəbər verir ki, bu barədə nazirin özü məlumat verib.

“Testin nəticəsinə əsasən məndə COVID-19 aşkar edilib. Bununla əlaqədar olaraq həkimlər simptomların inkişafını izləmək üçün məni xəstəxanaya yerləşdirmək qərarına gəliblər. Hazırda özümü yaxşı hiss edirəm”.

Nazir zəiflik və əzələ ağrısı səbəbiylə həkimlərə müraciət etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi