Boliviyada mikroavtobus 7 rəqqası vuraraq öldürüb

Boliviyada mikroavtobus 7 rəqqası vuraraq öldürüb Bakı. 17 avqust. REPORT.AZ/ Boliviyanın La-Pas şəhərində mikroavtobus festivala hazırlaşan rəqqasların üzərinə çıxıb. Hadisə nəticəsində 7 nəfər ölüb.
Digər ölkələr
17 Avqust , 2018 07:45
Boliviyada mikroavtobus 7 rəqqası vuraraq öldürüb

Bakı. 17 avqust. REPORT.AZ/ Boliviyanın La-Pas şəhərində mikroavtobus festivala hazırlaşan rəqqasların üzərinə çıxıb. Hadisə nəticəsində 7 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bununla belə, təşkilatçılar tədbiri təxirə salmamaq qərarına gəliblər.

Yol Hərəkəti Departamentinin rəhbəri Xose Kaviades bildirib ki, qəza maşında yaranan mexaniki nasazlıq səbəbindən baş verib, sürücü hadisə yerindən qaçıb.

Rəqqaslardan 3-ü qəza yerində, daha 4-ü isə xəstəxanada keçinib.

Son xəbərlər

Orphus sistemi