Boliviyada hərbi təyyarə qəzaya uğradı, ölən var

Boliviyada hərbi təyyarə qəzaya uğradı, ölən var Boliviyanın Hərbi Hava Qüvvələrinin təyyarəsi Sakaba şəhərinin mərkəzində yaşayış evlərindən birinin üzərinə düşüb
Digər ölkələr
25 Mart , 2021 04:13
Boliviyada hərbi təyyarə qəzaya uğradı, ölən var

Boliviyanın Hərbi Hava Qüvvələrinin təyyarəsi Sakaba şəhərinin mərkəzində yaşayış evlərindən birinin üzərinə düşüb.

Bu barədə “Report” “Unitel” telekanalına istinadən xəbər verir.

Məlumata görə, qəzadan sonra ərazidə yanğın başlayıb. Hadisə nəticəsində həmin evdə yaşayan 18-20 yaşlı qız həlak olub.

Qəza zamanı təyyarədə iki nəfər olub. Onlar paraşütlərlə tullanaraq xilas ola biliblər.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib. Qəzanın səbəbləri və başvermə şəraiti müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi