Boliviyada təyyarə qəzası nəticəsində 6 nəfər həlak oldu - FOTO

Boliviyada təyyarə qəzası nəticəsində 6 nəfər həlak oldu - FOTO Boliviyada Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.
Digər ölkələr
2 may 2020 23:27
Boliviyada təyyarə qəzası nəticəsində 6 nəfər həlak oldu - FOTO

Boliviyada Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Pagina Siete” qəzeti bildirib.

Qeyd edilir ki, Beni departamentində qəzaya uğrayan təyyarə Santa-Krus şəhərinə doğru uçurmuş. Hadisə zamanı təyyarədə altı nəfər - İspaniyadan iki pilot və dörd sərnişin olub. 

Boliviyanın Müdafiə Nazirliyi özünün “facebook” səhifəsində bildirib ki, nazir Luis Fernando Lopes vəzifələrinin icrası zamanı həlak olan pilotların ailələrinə başsağlığı verib. 

Son xəbərlər

Orphus sistemi