​Boliviyada daşqınlar nəticəsində 25 nəfər həyatını itirib

​Boliviyada daşqınlar nəticəsində 25 nəfər həyatını itirib Təbii fəlakət 17 min ailəyə ziyan vurub
Digər ölkələr
16 Fevral , 2015 06:24
​Boliviyada daşqınlar nəticəsində 25 nəfər həyatını itirib

Bakı. 16 fevral. REPORT.AZ/ Boliviyada yağış mövsümündə 25 nəfər təbii fəlakətlərin qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidməti rəhbərinin müavini Oskar Kabreruya istinadən "24 horas" nəşri yazıb.

Bundan əlavə, leysan yağışlar nəticəsində yaranan daşqınlar 17 min insanı evindən məhrum edib.

Boliviyada yağış mövsümü oktyabrdan mart ayınadək davam edir.

Son xəbərlər

Orphus sistemi