Boliviyada beş nəfər ildırım vurması nəticəsində ölüb

Boliviyada beş nəfər ildırım vurması nəticəsində ölüb Ölənlər arasında iki yeniyetmə də var
Digər ölkələr
30 Avqust , 2016 03:51
Boliviyada beş nəfər ildırım vurması nəticəsində ölüb

Bakı. 30 avqust. REPORT.AZ/ Boliviyada 5 nəfər ildırım vurması nəticəsində həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi GFG nəşri məlumat yayıb.

Faciə Beni departamentinin San-Lorenso şəhərində baş verib.

Bir qrup insan pis hava şəraitindən qaçmaq üçün tövlədə gizlənib və şimşək də məhz ora düşüb.

Ölənlərdən ikisi yeniyetmədir. Daha bir yaşlı kişi yaralanıb, o, xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi