Boliviyada baş vermiş yol qəzasında 17 nəfər ölüb

Boliviyada baş vermiş yol qəzasında 17 nəfər ölüb Ölənlərdən 9-u kişi, 8-i qadındır
Digər ölkələr
8 İyun , 2016 01:44
Boliviyada baş vermiş yol qəzasında 17 nəfər ölüb

Bakı. 8 iyun. REPORT.AZ/ Boliviyada vaş vermiş yol qəzası zamanı 17 nəfər ölüb. "Report"un məlumatına görə, bu haqda yerli hakimiyyət orqanları xəbər yayıb.

Məlumata görə, Vilyason-Lap Pas şəhərləri istiqamətində sərnişin daşıyan avtobus yolun kənarındakı qayaya çırpılıb, daha sonra isə aşıb.

"Correo del Sur" portalı xəbər verir ki, ölənlərdən 9-u kişi, 8-i qadındır. Hadisə zamanı daha 18 nəfər xəsarət alıb.

Hadisə qurbanlarının sayına görə ən iri ilin əvvəlindən bu günə kimi Boliviyada baş vermiş ən böyük qəzadır. Hər il Cənubi Amerikanın bu ölkəsində yol hərəkəti qaydalarına riayət edilməməsi və yolların bərbad vəziyyəti ilə əlaqədar təxminən min nəfər həlak olur, 40 min nəfər xəsarət alır.

Son xəbərlər

Orphus sistemi