Boliviyada ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var

Boliviyada ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var Hadisənin avtobusun mexaniki nasazlığı üzündən baş verdiyi bildirilir
Digər ölkələr
5 Avqust , 2017 06:51
Boliviyada ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var
Courtesy İmage

Bakı. 5 avqust. REPORT.AZ/ Boliviyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Koçabamba polisi departamentinin rəhbəri Ronald Sançes məlumat yayıb.

"Hazırda Koçabambaya 31 yaralı təxliyyə edilib və bu faciəvi hadisədə 8 nəfərin həlak olduğunu təsdiqləmək olar" – deyə "ABI" agentliyi onun açıqlamasını sitat gətirib.

Hadisənin avtobusun mexaniki nasazlığı üzündən baş verdiyi bildirilir. Qeyd olunur ki, avtobusun əyləci sıradan çıxdığından nəqliyyat vasitəsi 150 metr hündürlükdən aşıb. 

Son xəbərlər

Orphus sistemi