Yuxarı
    Bağlamaq

    ​Boliviyada 7,5 ton kokain müsadirə olunub

    Müsadirə olunmuş narkotik maddənin qiyməti 379 milyon dollardır

    Bakı. 2 avqust. REPORT.AZ/ Boliviyanın hüquq-mühafizə orqanları ABŞ-ın qara bazarında satılmaq üçün nəzərdə tutulmuş 7,5 ton kokaini müsadirə edib.

    "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Boliviyanın Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Xüsusi Bölməsinin rəhbəri Santiaqo Delqadilo məlumat verib.

    O, bildirib ki, ABŞ-da narkotik maddənin hər kiloqramı 50 min dollardır. Bu mənada müsadirə olunmuş narkotik maddənin qiyməti 379 milyon dollardır.

    Santiaqo Delqadilo narkotik vasitələrin müsadirə olunması əməliyyatına 10 ay hazırlıq görüldüyünü, 3 nəfərin saxlanıldığını bildirib.

    O, narkotik maddələrin Çili ilə sərhəddə saxlanıldığını deyib.

    Ötən il Boliviyada 20,6 ton, ilin əvvəlindən bu günə kimi isə 22,5 tondan çox narkotik maddə müsadirə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi