Boliviya prezidentinin helikopteri təcili eniş edib - VİDEO

Boliviya prezidentinin helikopteri təcili eniş edib - VİDEO Boliviya prezidenti Evo Moralesı daşıyan helikopter texniki problem səbəbindən təcili eniş edib.
Digər ölkələr
5 Noyabr , 2019 00:53
Boliviya prezidentinin helikopteri təcili eniş edib - VİDEO

Boliviya prezidenti Evo Moralesı daşıyan helikopter texniki problem səbəbindən təcili eniş edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələri "Twitter"də bildirib.

Məlumata görə, hadisə yerli vaxtla saat 12:48-də baş verib. Boliviya prezidentini Kolkiri-Oruro marşrutu üzrə daşıyan EC-145 helikopterinin vinti uçuş vaxtı sıradan çıxıb. Buna görə də helikopter təcili eniş edib. Hadisə zamanı zərər çəkən olmayıb. 

Morales demək olar ki, hər gün bir şəhərdən başqasına gedərkən helikopterdən istifadə edir. 

Son xəbərlər

Orphus sistemi