Boliviya prezidenti meşə yanğınlarının söndürülməsində iştirak edib

Boliviya prezidenti meşə yanğınlarının söndürülməsində iştirak edib Boliviya prezidenti Evo Morales meşə yanğınlarının tüğyan etdiyi əraziyə gedib və yanğın ocaqlarının söndürülməsində şəxsən iştirak edib.
Digər ölkələr
28 Avqust , 2019 06:14
Boliviya prezidenti meşə yanğınlarının söndürülməsində iştirak edib

Boliviya prezidenti Evo Morales meşə yanğınlarının tüğyan etdiyi əraziyə gedib və yanğın ocaqlarının söndürülməsində şəxsən iştirak edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Agencia Boliviana de Información" nəşri məlumat yayıb.

Bildirilir ki, dövlət başçısı prezident yanında nazir Xuan Ramon Kintana və müdafiə naziri Xavyer Savalet ilə birgə Santa-Krus departamentinin Çikitaniya bölgəsinə yollanıb.

"Biz vertolyotla eniş etdik və gördüyünüz kimi dörd kiçik yanğın ocağını söndürdük. Lakin düşünürəm ki, istidən onlar yenidən alovlana bilərlər", - deyə prezident onu müşayiət edən jurnalistlərə bildirib.

Orphus sistemi