Boliviya prezidenti istefa verib

Boliviya prezidenti istefa verib Boliviya prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.
Digər ölkələr
11 Noyabr , 2019 01:06
Boliviya prezidenti istefa verib

Boliviya prezidenti Evo Morales rəsmən istefa verdiyini elan edib.

"Report" xəbər verir ki, istefa xəbəri Boliviya liderinin ölkədə yeni prezident seçkilərinin keçiriləcəyini elan etməsindən az sonra məlum olub.

Bundan əvvəl ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb. 

Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi