Bakı. 7 iyun. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales yaxın saatlarda aldığı zədə üzündən dizindən əməliyyat olunacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi prezident yanında nazirlik məlumat yayıb.
"Həkimlərin tövsiyələrinə müvafiq olaraq Evo Morales yaxın saatlarda xəstəxanaya yerləşdiriləcək və əməliyyat olunacaq", - deyə məlumatda bildirilir.
İdarənin məlumatına görə, dövlət başçısı şənbə günü futbol oyunu zamanı sol ayağında bağları zədələyib.