Yuxarı
    Bağlamaq

    Boliviya prezidenti Donald Trampı zalım adlandırıb

    Çünki o, digər ölkələrə qarşı zorakılıq və müdaxiləyə təhrik edir© Associated Press

    Bakı. 23 may. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales bazar ertəsi amerikalı həmkarı Donald Trampı miqrasiya və xarici siyasətinə görə zalım adlandırıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

    "Dünyada bir zalım varsa, o da Trampdır, çünki o, miqrantlar və qadınlar arasında ayrı-seçkilik salır, həmçinin dünyanın digər ölkələrinə qarşı zorakılıq və müdaxiləyə təhrik edir", - deyə o bildirib.

    Morales bunu Trampın ötən həftə Kolumbiya prezidenti Xuan Manuel Santos ilə Ağ evdə birgə mətbuat konfransı zamanı Venesueladakı vəziyyəti "bəşəriyyət üçün rüsvayçılıq" və "dəhşətli problem" adlandırmasından sonra deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi