Boliviya prezidenti ABŞ-ın Venesuela hakimiyyətini devirmək planını pisləyib

Boliviya prezidenti ABŞ-ın Venesuela hakimiyyətini devirmək planını pisləyib Bakı. 9 sentyabr. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales ABŞ-ın Venesuela hakimiyyətini devirmək planını pisləyib.
Digər ölkələr
9 Sentyabr , 2018 08:17
Boliviya prezidenti ABŞ-ın Venesuela hakimiyyətini devirmək planını pisləyib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Boliviya prezidenti Evo Morales ABŞ-ın Venesuela hakimiyyətini devirmək planını pisləyib.

"Report" xəbər verir ki, bu barədə dövlət rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Biz Trampın Venesuelanın üsyançı hərbçiləri ilə birlikdə qardaşımız Nikolas Maduronu devirmək planını pisləyirik", - deyə Morales yazıb.

O, həmçinin qeyd edib ki, Latın Amerikasının azad xalqları müqavimət göstərəcək və "imperiyanın dünyaya və böyük vətənin demokratiyasına qarşı hücumunu dağıdacaqlar".

Daha əvvəl "The New York Times" xəbər verib ki, Tramp administrasiyasının nümayəndələri Venesuelanın üsyançı hərbçiləri ilə gizli görüşüblər və onlarla ölkənin prezidenti Maduronun devrilməsi planının variantlarını müzakirə ediblər. Məlumata görə, görüşlər 2017-ci ildə başlayıb və indiyə qədər davam edir.  

Son xəbərlər

Orphus sistemi