Boko Haram yaraqlıları Nigeriyada həbsxanaya hücum edib

Boko Haram yaraqlıları Nigeriyada həbsxanaya hücum edib Bu, dörd gün ərzində onların sərhəd boyu üçüncü belə hücumudur
Digər ölkələr
9 Fevral , 2015 23:35
Boko Haram yaraqlıları Nigeriyada həbsxanaya hücum edib

Bakı. 9 fevral. REPORT.AZ/ Nigeriyanın Boko Haram yaraqlıları həbsxanaya hücum edib.

"Report"un Amerikanın Səsinə istinadla verdiyi xəbərə görə, bu, dörd gün ərzində onların sərhəd boyu üçüncü belə hücumudur.

Şahidlər və hərbi mənbələr bildirib ki, Diffa şəhərində gecə saatlarında bir neçə saat davam edən döyüşlərdən sonra Niger ordusu hücumun qarşısını alıb. Neçə nəfərin həlak olduğu, yaralandığı və ya hər hansısa məhbusun qaçmağa müvəffəq olub-olmadığı barədə məlumat verilmir.

Niger parlament qoşunların Nigeriya ərazisinə daxil olaraq Boko Haram qrupuna qarşı regional döyüşlərə qoşulmağa dair səsvermələr keçirəcək.

Çad və Kamerun qüvvələri Nigeriyada minlərlə insanı öldürən və yüzlərlə şəhərə nəzarət edən İslamçı ekstremist qrupla artıq mübarizəyə başlayıb.

Son xəbərlər

Orphus sistemi