Yuxarı

"Boko Haram" terrorçuları Nigeriyada xilafətin yaradılması haqqında elan ediblər

10 mindən artıq insan terrorçuların qurbanı olub

Bakı. 26 avqust. REPORT.AZ/ "Boko Haram" terror qruplaşması Nigeriyanın şimal-şərqində yerləşən Quoza şəhərində islam xilafəti yaratdığını elan edib. 

Report France-Press-ə istinadən xəbər verir ki, bu barədə radikal qruplaşmanın rəhbəri Əbubəkr Şekau deyib. 

Bu ay ərzində "Boko Haram" terrorçuları Nigeriyanın şimalında bir neçə yaşayış məntəqəsini ələ keçirə biliblər. Quozadan başqa onlar Damboa və Buni Yadiya nəzarət edirlər. 

 "Boko Haram" terror qruplaşmasının üzvləri artıq bir neçə ildir ki, hökumətə qarşı mübarizə aparırlar. Öz hədəfləri qismində hərbi birləşmələr və polis idarələrinin yerləşdiyi strateji obyektləri seçirlər, eləcə də dini icmaların başçıları və dinc vətəndaşlara hücum edirlər. Hökumət qüvvələri öz növbəsində ekstremistlərin bazalarına qarşı əməliyyatlar həyata keçirirlər. "Boko Haram" terrorçuları tərəfindən Nigeriyada aparılan mübarizədə son beş ildə 10 min nəfər həlak olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi