​"Boko Haram" 56 dinc sakini qətlə yetirib

​"Boko Haram" 56 dinc sakini qətlə yetirib İndiyədək 20 minə yaxın insan bu qruplaşmanın qurbanı olub
Digər ölkələr
31 Avqust , 2015 09:42
​Boko Haram 56 dinc sakini qətlə yetirib

Bakı. 31 avqust. REPORT.AZ/ "Boko Haram" terrorçu qruplaşmasının silahlıları Nigeriyanın şimal-şərqində Borno əyalətində yerləşən kəndin 56 dinc sakinini qətlə yetirib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu əyalətin qubernatoru Kaşim Şettim bildirib.

O, bir il öncə şagirdlərin öldürülməsindən, əyalətdə adam oğurluğundan da danışıb. Əyalət başçısı deyib ki, qətlə yetirilənlərin cəsədləri hələ də küçələrdədir: "Çünki sağ qalanlar xilas olmaq üçün həmin ərazidən qaçmışdı".

Qeyd edək ki, "Boko Haram" son 6 ildə Nigeriya və ətraf sərhədyanı ölkələrdə fəaliyyət göstərir. Məlumata görə, indiyə qədər 20 minə yaxın insan terrorçu qruplaşmasının qurbanı olub. 

Son xəbərlər

Orphus sistemi