Yuxarı

​"Boeing" korporasiyasına yeni rəhbər təyin olunub

Dennis Mülenburq sədr vəzifəsində Cim Maknirnini əvəz edəcək

Bakı. 23 fevral. REPORT.AZ/ ABŞ-ın təyyarəqayırma korporasiyası "Boeing"in rəhbərliyində dəyişiklik olub. Şirkətin Direktorlar Şurası sədr vəzifəsinə Dennis Mülenburqu təyin edib.

"Report" xəbər verir ki, bu barədə şirkətin yaydığı press-relizdə bildirilir.

Hazırda şirkət prezidenti və baş icraçı direktor olan 52 yaşlı menecer vəzifəsinin icrasına rəsmi olaraq martın 1-dən başlayacaq.

Öz növbəsində son 10 ildə şirkətə rəhbərlik edən 66 yaşlı Cim Maknirni istefaya gedəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi