"Boeing 767"dəki qəza nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb - VİDEO

"Boeing 767"dəki qəza nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb - VİDEO Təyyarənin göyərtəsində 110 sərnişin və 9 ekipaj üzvü olub
Digər ölkələr
30 Oktyabr , 2015 09:53
Boeing 767dəki qəza nəticəsində xəsarət alanların sayı 21 nəfərə çatıb - VİDEO

Bakı. 30 oktyabr. REPORT.AZ/ ABŞ-ın Fort-Loderdeyl şəhər aeroportunda (Florida ştatı) "Boeing 767" tipli sərnişin təyyarəsinin sol mühərrikində yanğın baş verməsindən sonra həyata keçirilən təxliyyə zamanı 21 nəfər xəsarət alıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının yerləşdiyi Brouard dairəsinin yanğından xilasetmə xidmətinin idarəsindən məlumat verilib.

ABŞ-ın "Dynamic International Airways" aviaşirkətinə məxsus olan "Boeing 767" tipli sərnişin təyyarəsinin sol mühərrikində yanğın hava gəmisi uçuşa başlamağa hazırlaşarkən yaranıb. Venesuelanın paytaxtı Karakasa uçmalı olan təyyarədən yanacaq sızması barədə hava limanındakı digər təyyarələrin pilotları dispetçerə məlumat verib. Nəticədə daha böyük faciənin qarşısı alınıb. Yanğın zamanı mühərrik və qanadın bir hissəsi tam yanıb. Sərnişinlər isə hava ilə doldurulan ehtiyat trapla salonu tərk edib.

"Dynamic International Airways" aviaşirkətindən verilən məlumata görə, həmin vaxt salonda 110 sərnişin və 9 ekipaj üzvü olub.

Son xəbərlər

Orphus sistemi