"Boeing 737 MAX" 2020-ci ilə qədər uçuşlar keçirə bilməyəcək

"Boeing 737 MAX" 2020-ci ilə qədər uçuşlar keçirə bilməyəcək Boeing 737 MAX təyyarələri 2020-ci ilə qədər sərnişinlərin hava daşınmalarını həyata keçirə bilməyəcək.
Digər ölkələr
15 İyul , 2019 01:58
Boeing 737 MAX 2020-ci ilə qədər uçuşlar keçirə bilməyəcək

"Boeing 737 MAX" təyyarələri 2020-ci ilə qədər sərnişinlərin hava daşınmalarını həyata keçirə bilməyəcək.

"Report"un məlumatına görə, bu barədə hökumətdəki mənbələrə istinadən "Wall Street Journal" nəşri bildirib.

Qeyd edilir ki, "Boeing 737 MAX" təyyarələrinin uçuşlarını yaxın vaxtlarda ona görə yeniləmək mümkün olmayacaq ki, şirkət bu müddətdə nasazlıqları aradan qaldırmağa müvəffəq olmayacaq.

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsində qeyd ediblər ki, təyyarələr gələn ilin yanvarında istismara qayıdacaq.

Xatırladaq, bir sıra ölkələrdə baş verən qəzalardan sonra Birləşmiş Ştatlarda "Boeing 737 MAX" təyyarələrinin uçuşları dayandırılıb.

Bir qədər əvvəl ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi "Boeing 737 MAX"da yeni "potensial risk" aşkarlayıb. Şirkətə çatışmazlığı aradan qaldırmaq göstərişi verilib.

Son xəbərlər

Orphus sistemi