​BMT: Yəmənin bombalanması beynəlxalq qanunvericiliyə ziddir

​BMT: Yəmənin bombalanması beynəlxalq qanunvericiliyə ziddir Ötən sutka ərzində Yəmənə 130 havadan zərbə endirilib
Digər ölkələr
10 May , 2015 02:48
​BMT: Yəmənin bombalanması beynəlxalq qanunvericiliyə ziddir

Bakı. 10 may. REPORT.AZ/ "Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin Yəmənə endirdiyi aviazərbələr beynəlxalq qanunvericiliyin pozulmasıdır".

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Saadah şəhərinin atəşə tutulmasını şərh edən BMT nümayəndəsi Yohannes van der Klauv bildirib.

"Yaşayış məntəqələrinin nizamsız və ya xəbərdarlıq edilmədən bombalanması beynəlxalq humanitar qanunvericiliyin pozulması deməkdir", — deyə onun bəyanatında vurğulanıb.

Koalisiya ötən sutka ərzində Yəmənə 130 havadan zərbə endirib.

Son xəbərlər

Orphus sistemi