Yuxarı

​BMT Yəməndə ölənlərin sayını açıqlayıb

Ötən iki ay ərzində 450 mindən çox insan öz ev-eşiyini tərk etməyə məcbur olub

Bakı. 15 may. REPORT.AZ/ Yəməndə silahlı münaqişə başlayandan bəri azı 1600 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda BMT-nin Humanitar məsələlər üzrə Əlaqələndirmə İdarəsi məlumat yayıb.

İdarənin Yəmən bölməsinin başçısı Yohannes van der Klau deyib ki, münaqişə mülki vətəndaşların həyatına dəhşətli dərəcədə mənfi təsir göstərir: "Hadisələr başlayandan iki ay sonra quru əməliyyatları nəticəsində 1600-dən çox insan ölüb, 6200-dən çox sakin yaralanıb". 

Onun sözlərinə görə, ötən iki ay ərzində 450 mindən çox insan öz ev-eşiyini tərk etməyə məcbur olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi