BMT: "Yəməndə dinc insanların həyatı təhlükədədir"

BMT: "Yəməndə dinc insanların həyatı təhlükədədir" “BMT-nin Yəmən üzrə rəsmi nümayəndəsi Hans Qrundberqdən aldığımız məlumatlar ölkədə vəziyyətin çox acınacaqlı olduğunu göstərir”
Digər ölkələr
15 Dekabr , 2021 00:21
BMT: Yəməndə dinc insanların həyatı təhlükədədir
Stefan Düjarrik

“BMT-nin Yəmən üzrə rəsmi nümayəndəsi Hans Qrundberqdən aldığımız məlumatlar ölkədə vəziyyətin çox acınacaqlı olduğunu göstərir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Yəməndə münaqişə tərəfləri sülh arzusunda olduqlarını bəyan etsələr də, onların diqqəti hərbi variantlar üzərində qalır.

"Döyüşlərin intensivləşməsi və cəbhə xətlərinin dəyişməsi dinc insanları həyatını təhlükə altında saxlayır. Təkcə ötən həftə tərəflər arasında 50-yə yaxın toqquşma baş verib", - sözçü deyib.

Düjarrik qeyd edib ki, BMT Marib, Hudeyda və Taiz də daxil olmaqla intensiv döyüşlərin getdiyi bölgələrdə hər ay təxminən 11 milyon insana humanitar yardım etsə də, mövcud vəziyyət bölgəyə köməyin çatdırılmasını əngəlləyir.

Son xəbərlər

Orphus sistemi