BMT Yəməndə atəşkəsin başa çatdığını bəyan edib

BMT Yəməndə atəşkəsin başa çatdığını bəyan edib Təşkilat silahlı münaqişənin bərpa olunduğunu qeydə alıb
Digər ölkələr
21 Noyabr , 2016 22:59
BMT Yəməndə atəşkəsin başa çatdığını bəyan edib

Bakı. 21 noyabr. REPORT.AZ/ BMT tərəfindən Yəməndə hərbi əməliyyatların bərpa olunmasına dair elan olunan 48 saatlıq atəşkəs başa çatıb və onun müddəti uzadılmayıb.

“Report” xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, atəşkəs çoxsaylı qanun pozuntularına dair xəbərlərlə müşayiət olunub.

"48 saatlıq atəşkəs başa çatdı və uzadılmadı. Hər iki tərəf pozuntular, o cümlədən aviazərbələr və yerüstü toqquşmalar barədə məlumat verib. Görünən odur ki, silahlı münaqişə, təəssüf ki, bərpa olunub", - deyə Düjarrik bildirib.

Son xəbərlər

Orphus sistemi