BMT Yəmən sakinlərinə kömək etmək üçün 2 milyard dollar toplayıb

BMT Yəmən sakinlərinə kömək etmək üçün 2 milyard dollar toplayıb Bakı. 3 aprel. REPORT.AZ/ BMT Cenevrədə Yəmən üzrə keçirilmiş beynəlxalq donor konfransında 2 milyard dollar toplaya bilib.
Digər ölkələr
3 Aprel , 2018 16:22
BMT Yəmən sakinlərinə kömək etmək üçün 2 milyard dollar toplayıb

Bakı. 3 aprel. REPORT.AZ/ BMT Cenevrədə Yəmən üzrə keçirilmiş beynəlxalq donor konfransında 2 milyard dollar toplaya bilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Təşkilatın baş katibi Antoniu Quterriş jurnalistlərə bildirib.

"2 milyard dollar toplaya bildik. Ötənilki 1,1 milyard dollarlıq yardımı nəzərə alanda məbləği, təxminən, iki dəfə artırdığımızı görürsünüz", - A.Quterriş vurğulayıb.

Onun sözlərinə görə, ölkələr həmçinin il ərzində əlavə maliyyə vəsaitlərinin ayrılması barədə də razılığa gəliblər.

Baş katib qeyd edib ki, Yəməndəki vəziyyəti yalnız danışıqlar yolu ilə həll etmək mümkündür.

Öz növbəsində, Avropa Komissiyası (AK) Yəmənin ehtiyacı olan sakinləri üçün 107,5 milyon avro ayırmağı qərara alıb.

AK-nın hesablamalarına görə, Yəmən əhalisinin, təxminən, 75%-inin - 22,2 milyon nəfərinin humanitar yardıma və ya müdafiəyə ehtiyacı var.

Son xəbərlər

Orphus sistemi